Azərbaycana üz tutuan ukraynalı qaçqınlar sosial şəbəkələrdə iş axtarır... - Problemin həll yolları necə olmalıdır? – Ekspertdən AÇIQLAMA - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycana üz tutuan ukraynalı qaçqınlar sosial şəbəkələrdə iş axtarır... - Problemin həll yolları necə olmalıdır? – Ekspertdən AÇIQLAMA

Cəmiyyət A- A A+

Ukraynada müharibənin törətdiyi gərginlik və dağıntılar yaxın və uzaq ölkələrə çox sayda qaçqın axınına səbəb olub. Evləri və şəhərləri viran qalan Ukrayna vətəndaşları dost ölkələrə sığınaraq iş üçün müraciət edir. 

Ukraynadan olan insanları ən çox üz tutduqları ərazilər isə Avropa ölkələri və Azərbaycandır.  İnsanlar bu ölkələrdə iş və sığınacaq axtarmaq ümidindədir. 

Qeyd edək ki, iş axtaranlar xüsusilə bərbərxana, gözəllik salonu, restoran kimi məkanlara üz tuturlar. Halbuki qanunvericiliyə əsasən Ukrayna vətəndaşları Azərbaycanda yalnız 90 gün müddətində vizasız qalmaq hüququna malikdir. Müharibə davam edir və Azərbaycana müvəqqəti sığınmaq üçün gələn ukraynalılar hələ ki, geri dönmək fikrində deyil. 

Yaranan suallarla bağlı Ednews Miqrasiya məsələləri üzrə ekspert Aytən Qurbanovanın fikirlərini öyrənib. Ekspertin fikrincə, Azərbaycana sığınan ukraynalılar arasında qaçqın kimi müraciət edənlər də olub. 

May be a close-up of one or more people and people standing

“Hazırda Ukraynadan Azərbaycana gələn qaçqınların böyük əksəriyyəti Ukrayna vətəndaşlığını qəbul edən etnik azərbaycanlılar və uzun müddətdir orada yaşayan Azərbaycan vətəndaşlarıdır. İstənilən halda müharibə nəticəsində Azərbaycana gələn Ukrayna vətəndaşlarına münasibətdə ilk öncə onların statusunun müəyyənləşdirilməsi ilə bağlı hüquqi prosedur başlamalıdır. Dövlət Miqrasiya Xidmətindən verilən məlumata əsasən isə bugünə qədər quruma üç Ukrayna vətəndaşı tərəfindən qaçqın statusunun verilməsi ilə bağlı rəsmi müraciət daxil olub. Təbii ki, ilkin mərhələdə qanunvericiliyə uyğun olaraq müraciətlərin qiymətləndirilməsi nəzərdə tutulur. Bu dövr ərzində isə həmin şəxslərin sığınacaqlarda yerləşdirilməsi təmin olunacaq”. 

Aytən Qurbanova Ukraynada yaşayan və orada vətəndaşlığı olmayan soydaşlarımızın ölkəyə təxliyyə olunması ilə bağlı problemə də toxunub.  

“Azərbaycan Respublikanın Xarici İşlər Nazirliyinin rəsmi bəyanatlarına əsasən Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsiz şəkildə təxliyyə edilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən mütəmadi olaraq çarter reysləri təşkil olunur. Təbii ki, bu reyslər vasitəsilə təxliyə zamanı ilk öncə həssas qrupa aid olan vətəndaşlarımıza üstünlük verilir. Ümumilikdə isə Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması ilə bağlı problemlər müharibə şəraitindən irəli gələn çətinliklərlə bağlıdır. Amma onların təhlükəsiz şəkildə Ukraynaya qonşu ölkələrə və oradan da Azərbaycana təxliyə olunması həmin ölkələrdəki diplomatik nümayəndəliklər tərəfindən koordinasiya edilərək həyata keçirilir”. 

Ednews məsələ ilə bağlı Dövlət Miqrasiya Xidmətinə sorğu göndərib və qurumdan cavab gözləyir.

Elnur Ənvəroğlu

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...