"Sülhün Kökləri" təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün Qarabağ haqda bəhs etdiyi kitabı Londonda nəşr ediləcək.
Ednews xəbər verir ki, onun Böyük Britaniyaya səfəri davam edir. Krallar ölkəsində çoxşaxəli səfəri zamanı xanım Kühn nüfuzlu London Kitab Sərgisinə dəvət olunub.
Onun “Torpağı canlandıraq – Minalanmış ərazidən üzümlüyə – Bir Ananın Sülh Axtarışı Hekayəsi” kitabının Londonda nüfuzlu “Elm Nəşri” çap evi tərəfindən nəşr olunması barədə razılıq əldə edilib.
Elm Nəşrinin qurucusu və rəhbəri Raul Qoff şəxsən “Azərbaycanın Qara Bağı” adlı cildi də daxil olmaqla kitabın nəşr olunmasını öz üzərinə götürüb. Heidi Kühn bu barədə öz "Facebook" səhifəsində məlumat verib.
Qeyd edək ki, Heidi Kühnun “Torpağı canlandıraq”adlanan kitabı Amazon.com saytında mövcuddur. Kitab həm də audio versiyada da əldə edilə bilər!
Daha ətraflı www.rootsofpeace.org saytından məlumat əldə etmək mümkündür.