Dilimizə hopan “Marojna”, “uje”, “falan”lar Azərbaycanda danışıq qaydaları niyə pozulur?

Cəmiyyət 20:00 12.04.2022

Azərbaycan dili gözəl, zəngin bir dildir. Bu dil xalqımızın milli kimliyini təsdiqləyir.

Lakin müasir dövrdə bəzi insanlar əsasən gənc nəsil tərəfindən danışıq normativləri kobud şəkildə pozulur. Bu xoşagəlməz halı yalnız gündəlik həyatımızda, cəmiyyətdə, rəsmi görüşlərdə deyil, hətta televiziya kanallarında da  müşahidə edə bilərik. 

Maraqlısı isə odur ki, hazırda efirlərdə nəinki dil normativlərinin kobud şəkildə pozulmasına, hətta danışıq zamanı müxtəlif dialektlərə və dilimizdə olmayan xarici sözlərə də rast gəlmək olur.  

Axı, zəngin dilə sahib olan bir millətin bu cür hallar yaşaması nə dərəcədə düzgündür?

Xalq yazıçısı Elçin Şıxlının fikrincə, Azərbaycan sözlərini xarici sözlərlə əvəz etmək böyük savadsızlıqdan irəli gəlir. O, bu barədə mövzu ilə bağlı Ednews-a açıqlaması zamanı bildirib. 

Elçin Şıxlı: “Guya İsfəndiyar Vahabzadənin Rusiyaya getmək üçün ürəyi  atır…” - Editor.az

“Bütün dillərdə alınma sözlər var və bu prosses davam etməkdədir. Burda qeyri-adi bir şey görmürəm. Dilimizin böyük bir hissəsi alınma sözlərdən ibarətdir. Ən azı 600-700 ildir ki, bu sözlərdən istifadə edirik və o sözlərin yenisini yaratmaq ağılsızlıqdır. Lakin sözlərimizi xarici sözlərlə əvəz etmək, bu artıq savadsızlıqdan irəli gəlir. Məsələn, “artıq” əvəzinə “uje” deyirlər. Bunlar “parazit” sözlər hesab olunur. Savadlı insanlar bu sözlərdən istifadə etmir və  onların dilimizə keçməsinin qeyri-mümkün olmasını anlayırlar”.

E.Şıxlı maraqlı bir məqama da toxunub. İllərlə dilimizə hopan rus kəlmələrinin mənalarını hələ də bəzi vətəndaşlarımızın anlamadığını da qeyd edib.

“Məsələn mağazaya gedib dondurma-deyə müraciət etsək, satıcı gözlərini döyüb üzumüzə baxacaq.  Ancaq “marojna” deyəndə artıq nə istədiyimizi başa düşür. Lakin bu o demək deyil ki, həmin “marojna” sözü Azərbaycan dilinə daxil olub”.

Xalq yazıçısı Azərbaycan dilində olan, ancaq tərcüməsini çox nadir insanların bildiyi kəlmələrdən də danışıb. Söhbət əsnasında E.Şıxlı bu sözlərə aid misal da çəkib.

“Əgər kiməsə “mozayka” sözü nədir?- desək, anında anlayacaq. Ancaq Azərbaycan dilində bu sözün  qarşılığı “mozayka” yox, “müzayiqə”dir. Bu söz ərəbcədən dilimizə keçib. Amma bunu az adam bilir. Yaxud da  “samovar” sözündən istifadə edirik. Bəziləri bu sözü “qaynavar”la əvəz edir. Samovar sözü rus mənşəli olub, bütün dillərdə istifadə olunur. Bunun kimi bənzər sözlər də mövcuddur: paravoz, paraxod və s. Lakin “qaynavar” sözü isə guya dilimizi təmizləmək istəyən “psevdoyalançı vətənpərvərlərin gördüyü naqis işlərdir. Ümumiyyətlə, qaynavar sözü yoxdur. İngilis dilinin 70 faizindən çoxu fransız dilindən gəlmə sözlərdir. İndi ingilislər dillərindən imtina etməlidirmi? Yox, bunlar təbii prosesslərdir və bütün dillərdə mövcud olmaqdadır”.

Yazıçıdan Azərbaycan televiziyasında danışıq normativlərinin pozan aparıcı və müxbirlər barəsində soruşduqda, yenə də səbəbin savadsızlıq olduğunu vurğuladı. O, bunun qarşısının almaq üçün hər hansı bir təbliğatın aparılması yox, sadəcə televiziyada rəhbər vəzifəsində əyləşənləri tanışlıqla işə götürməməyi tövsiyyə edib.  

“60-cı və 70-ci illərdə “ç, dz” deyənlərə biz əyri baxırdıq. Çünki o adamlar 1000 adam içində 1-2 nəfər olardı. Amma hazırda çoxları Azərbaycan sözünü “Azərbaydzan” deyir. Artıq bu insanlar Azərbaycan sözünü düzgün deyənlərə əyri baxır və düşünür- “bu insan hardan gəlib?”. Təbii olaraq, bunun qarşısı alınmalıdır, çünki onları efirlərə çıxarıb, şivə və ləhcələrdən istifadə edərək, camaatın qulağını öyrəşdirirlər”. 

Sonda Elçin Şıxlı bildirib ki, bu halların qarşısını almaq üçün mütləq şəkildə ətrafımızda bu cür dialektlə danışan insanlara irad bildirməliyik.

“Bu istiqamətə ciddi yanaşmaq lazımdır. Ən azından yanında elə danışan insanlara dəfələrlə irad bildirsələr yetərli olar. Daha sonra həmin insanlara danışıq tərzinin düzgün olmamasını səbrli  şəkildə izah etməliyik. İnsanlar bu problemə ciddi yanaşmasalar, bir o qədər belə hallar geniş vüsət alacaq”.

Rəna Mürşüd

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı