Azərbaycan sərhədçiləri qaçaqmalçılara xəbərdarlıq atəşi açdı - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycan sərhədçiləri qaçaqmalçılara xəbərdarlıq atəşi açdı

Cəmiyyət A- A A+
Azərbaycan sərhədçiləri qaçaqmalçılara xəbərdarlıq atəşi açıb.
 
Bu barədə Ednews-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
 
Aprel ayının 11-də saat 22:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Abdinli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə etmişdir.
 
Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə baxmayaraq, sərhəd pozu­cu­ları əllərindəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən və qaranlıq hava şəraitindən istifadə edib geriyə qaçmışlar.
 
Həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanmış 2 ədəd bağlamadan çəkisi 16 kiloqram 820 qram narkotik vasitəyə (8 kiloqram 280 qram “heroin”, 8 kiloqram 480 qram “marixuana”, 0.60 qram “metamfetamin”) bənzər maddələrvəpsixotrop tərkibli 3189 ədəd “metadon-40” dərman prepa­ratı aşkarlanaraq götürülmüşdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...