Azərbaycanda hərbi qulluqçuların pensiyaların hesablanması qaydalarına dəyişiklik edilir.
Ednews xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər təklif edilir. Dəyişiklikləri Trend-ə şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, mövcud qanunvericiliyə əsasən, hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.
“Təklif edilən dəyişikliklərə əsasən də, hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Ancaq aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; ali zabit heyətinə aid şəxslər", - deyə o bildirib.