Şuşada Azərbaycan və Özbəkistan şairlərinin şeir məclisi keçirildi

Cəmiyyət 16:53 19.04.2022
28 ildən sonra Ermənistan işğalından azad olunmuş Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə "Məclisi-fəramuşan" şairlər məclisinin rəsmi açılışı olub.
 
Mədəniyyət Nazirliyindən Ednews-a verilən məlumata görə, açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirliyi, hər iki ölkənin Yazıçılar Birliyi, habelə şairləri iştirak ediblər.
 
İlk öncə Azərbaycan şairləri Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndəsi Molla Pənah Vaqifin məqbərəsini ziyarət etmiş, habelə Xurşudbanu Nətavanın büstünün qarşısına gül-çiçəklər qoyulmuşdur.
 
Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki əsrdən sonra Türk dünyasının böyük elm, mədəniyyət, ədəbiyyat, poeziya mərkəzi sayılan Azərbaycan və Özbəkistan arasında bərpa olunan "Məclisi-fəramuşan" poeziya məclisi layihəsi haqqında məlumat verib, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin əhəmiyyəti barədə danışıb.
 
Hər iki ölkənin mədəniyyət, ədəbiyyat nümayəndələrinin tarixi Şuşa şəhərində bir araya gəlməsi, dünyaya böyük mədəniyyətimiz, sənətimiz, qardaşlığımız və birliyimizi göstərmək və ədəbiyyat sahəsində gözəl əməkdaşlıq platformasını ortaya qoymasını mühim amil və təqdirəlayiq hal kimi dəyərləndirib.
 
Azərbaycan Mədəniyyət Nazirliyinin Kitab sənayesinin şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Akif Marifli Ermənistan işğalından işğaldan azad olunan Şuşamızın mədəni həyatının günü-gündən canlandığını, azad olunan Şuşaya yenidən mədəniyyətimizin qayıtdığını qeyd etdi. Prezident İlham Əliyev tərəfindən Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan olunduğunu qeyd edən Akif Marifli 2023-cü ili TÜRKSOY tərəfindən Şuşanın Türk mədəniyyətinin paytaxtı elan olunduğunu, həmçinin Türk dünyasının qəlbinin Şuşada döyünəcəyini söyləyib.
 
A.Marifli keçiriləcək şairlər məclisinin əhəmiyyəti və bu kimi layihələrə Mədəniyyət Nazirliyi tərəfindən lazımi dəstəyin göstərildiyini vurğulayıb.
 
Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu ədəbiyyatımızın dünyada tanıdılması ilə bağlı görülən işlərdən danışıb, ədəbiyyatın hər zaman Türk dünyasının mədəni həyatında mühim rolunu qeyd edib. S. Babullaoğlu keçirilən bu beynəlxalq tədbirin şairlərimiz arasında ədəbi əlaqələrin genişlənməsi, təcrübə mübadiləsinin aparılması, birliyimiz və həmrəyliyimiz üçün gözəl imkanlar açdığını söyləyib.
 
Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Macid xalqlarımız, dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində dostluq və qardaşlığımızın daha da möhkəmləndiyini bildirib. Şuşada Azərbaycan xalqının zəngin mədəniyyət yaratdığını vurğulayan Qayrat Majid bildirib ki, 2023-cü ildən Şuşa Türk dünyasının mədəniyyət körpüsü olacaqdır. Bunun Özbəkistan üçün də əhəmiyyətli olacağını vurğulayıb.
 
Açılışda filologiya elmləri üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Qarabağda XIX-XX əsrlərdə mövcud olmuş şairlər məclisinin tarixi haqqında məlumat vermişdir.
 
Daha sonra "Məclisi-fəramuşan" Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə davam edib.
 
Azərbaycanın xalq şairi Nəriman Həsənzadə, şair İlqar Fəhmi, Sayman Aruz, özbək şair Qayrat Macid, tərcüməçi-ədəbiyyatşünas alim Babaxan Şərifin iştirakı ilə Vətən, Qarabağ, ədəbiyyat, sənət, Türk dünyası, birlik, həmrəylik mövzusunda şeirlər səsləndiriblər.
 
Qeyd edək ki, şairlər məclisi Azərbaycan Dövlət Televiziyası tərəfindən videoçəkilişləri aparılıb və "Körpü" verilişində yayımlanacaqdır.
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı