"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-İçərişəhər" xəttində hərəkət edən qatarın sonuncu vaqonunda pis qoxu olması səbəbindən sərnişinlər təxliyyə edilib.
Bunu Ednews-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
"Qatara baxış keçirilib, hər hansısa texniki problem aşkar olunmayıb. Lakin vaqonda qoxu qaldığından, sərnişinlərin rahatlığı üçün qatar boşaldılıb və depoya yola salınıb. Xəttə yeni qatar verilib. Qoxu aradan qaxdıqdan sonra həmin qatar da işini davam etdirəcək", - deyə o, qeyd edib.
*09:13
Bakı metrosunda hərəkət edən bir qatarda yanğın təhlükəsi baş verdiyindən digər qatarların hərəkətində problem yaranıb.
Ednews xəbər verir ki, bu haqda informasiya sosial şəbəkələrdə yer alıb.
Mənbə hadisənin "Həzi Aslanov - İçərişəhər" istiqamətində baş verdiyini yazır. Sərnişinlərin təxliyyə olunduğu deyilir.