"İçərişəhər" metrosunun yanında kütləvi dava oldu - Saxlanılanlar var - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

"İçərişəhər" metrosunun yanında kütləvi dava oldu - Saxlanılanlar var

Cəmiyyət A- A A+
Bakıda quldurluq hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyindən Ednews-a verilən xəbərə görə, aprelin 19-da saat 20 radələrində metronun “İçəri şəhər” stansiyasının yaxınlığında bir qrup gənc Bakı şəhər sakinləri E.Bağırov və V.Xanlarovu döyərək, E.Bağırovun mobil telefonunu alıblar.
 
Bu barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olub.
 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Hüseynli, A.Abbasov, Sabirabad rayon sakinləri A.Şirinov, C.Qasımov, Şəki rayon sakini F.Hüseynli müəyyən edilərək saxlanılıblar.
 
Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...