“Rossotrudniçestvo” təşkilatı Azərbaycanda tatar alim-etnoqraf, ədəbiyyatçı və XIX əsrin maarifçisi Kəyum Nəsirinin adına tatar məktəbi açacaq.
Ednews tatar-congress.org-a istinadən xəbər verir ki, bu barədə“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov məlumat verib. O, qeyd edib ki, artıq məktəb uçün bina ayrılıb, hazırda yalnız Kazan Federal Universitetinin (KFU) təsdiqi gözləmək qalıb.
“Biz öz tərəfimizdən bu məktəbin açılması üçün binanı və lazım olan hər şeyi ayırmağa hazırıq, indi KFU-dan cavab gözləyirik”.
Qurum nümayəndəsi tatar məktəbinin nə zaman yaradılacağından da danışıb.
“Məktəb mütləq açılacaq, sadəcə, planlarımızın nə vaxt gerçəkləşəcəyi hələki sual altındadır. Amma onun açılması üçün bütün tədbirlər görülür”.
Qeyd edək ki, İrek Zinnurov Azərbaycanda belə bir məktəbin yaradılması perspektivini hələ ötən ilin avqustunda, “12-ci mərtəbə” layihəsinin qonağı olan zaman bildirib.
Ülviyyə Fərhad