Gürcüstandan Azərbaycana psixotrop maddələrin gətirilməsinin qarşısı alındı - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Gürcüstandan Azərbaycana psixotrop maddələrin gətirilməsinin qarşısı alındı

Cəmiyyət A- A A+
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Gürcüstandan daxil olan "Volvo” markalı nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual edilib.
 
Ednews-un komitəyə istinadən verdiyi məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.
 
Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin salonunda, oturacağın üzərində və sürücüyə məxsus pul qabının içərisində olan 5 ədəd bükümdə psixotrop maddə - metamfetamin aşkar edilib.
 
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar olunan psixotrop maddə - metamfetaminin çəkisi 6,708 qram təşkil edir.
 
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
 
Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...