Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Ednews xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.
Əfv Məsələləri Komissiyasının növbəti iclası aprelin 29-da keçiriləcək.
Qeyd edək ki, 28 May - Müstəqillik Günü münasibətilə, bayram ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.
*08:45
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.
Ednews xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq.
Qeyd edək ki, komissiyanın iclaslarının 28 May Müstəqillik günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.