“Cari ildə Gənclər və İdman Nazirliyində “Tokio-2020” Yay Olimpiya Oyunlarına və federasiyalara ayrılan vəsaitin auditi aparılacaq”.
Ednews xəbər verir ki, bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında qurumun ötənilki fəaliyyəti haqqında hesabatını təqdim edərkən səsləndirib.
Palatanın sədri əlavə edib ki, xarici ticarət fəaliyyəti iştirakçıları üzərində gömrük nəzarətinin təşkili vəziyyətinin araşdırılmasını da planlaşdırılır.
Vüqar Gülməmmədov cari ildə Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il üçün gəlir və xərclərinin hesabatının auditinin aparılacağını da diqqətə çatdırıb.
Vüsalə Balayeva