Nigar Köçərli şikayət etdi, Aqil Abbas cavab verdi Kitab satışında niyə ƏDV alınır?

Cəmiyyət 16:58 27.04.2022
Bu il yanvar ayının 1-dən Vergilər Məcəlləsinə əsasən kağız, həm də kitab istehsalı və satışı üzərindən 18% ƏDV götürülməsi haqqında qanun qüvvəyə minsə də, hələ də bu icra olunmur. Kitab mağazalarının sahibləri satılan kitablardan 18% ƏDV ödədikləri üçün şikayətçidirlər.  
 
 
“Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib ki, qanunun qəbul olunmasından 4 ay keçsə də hələ ki, heç bir qaydalara əməl olunmur.
 
“Vergilər Nazirliyi deyir ki, bizə göstəriş gəlməyib, ƏDV-ni ödəməyə davam etməlisiniz”.
 
 
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli də bu barədə şikayətini bildirir. O, bu haqda sosial şəbəkə hesabında paylaşım edərək, qeyd edib ki, ƏDV-nin ləğv olunması haqqında qanun hələ də kağız üzərində qalır. Sahibkar xanım da Vergilər Nazirliyi və Nazirlər Kabinetinin təsdiq etməli olduğu hansısa siyahını gözləyir. 
 
 
Məsələ ilə bağlı tanınmış yazıçı-jurnalist, millət vəkili Aqil Abbas Ednews-a açıqlaması zamanı deyib ki, bu məsələ Nazirlər Kabinetinin günahı ucbatından yubanır.
 
“Nazirlər Kabineti həmin qərarı Gömrük Komitəsinə göndərməli və ƏDV ləğv olunmalı idi. Nazirlər Kabinetinin isə başı nəyəsə qarışıb”. 
 
 
İqtisadçı-ekspert Rəşad Həsənov da qeyd edib ki, bu günə qədər bir sıra hallarda vergi məcəlləsi və digər qanunlar qüvvəyə minsə də icra mexanizmlərinin hazırlanması gecikir. Bu da bir sıra problemləri qabarıq şəkildə həll olunmamış saxlayır.
 
“Bu ən ciddi problemlərdən biridir. Xatırlayırsızsa, 2018-ci ildə ƏDV-nin geri qaytarılması ilə bağlı mexnizm də 3 ay hazır olmalı halda il yarım gecikdi. Bu isə Nazirlər Kabineti tərəfindən prosesin ləng həyata keçirilməsini deməyə əsas verir. Daha yaxşı olar ki, Nazirlər Kabineti qanunların qüvvəyə minməsi ilə bağlı fərmanlarda öz əksini tapan öhdəlikləri zamanında yerinə yetirsin. Çünki əks halda sahibkarlıq subyektlərinin hüquqları pozulur və qanunun icrası gecikir ki, bu hətta Konstitusiya Məhkəməsinə qədər daşına bilən məsələdir". 
 
Ekspert xüsusi siyahılar əsasında güzəştlərin verilməsini doğru hesab etmir. 
 
“Onsuz da qanunvericiliklə müəyyən kitabların dövriyyəsi qadağandır və bu nəşrlər gömrükdən buraxılmır. Azərbaycanda satışı qadağan edilməyən kitablara isə birmənalı şəkildə müvafiq qanunun tətbiq edilməsi məqsədəuyğundur.
 
Çünki əks halda diskriminasiya formalaşır. Bu isə zövqlər və seçimlər arasında tarazlığı pozur, eyni zamanda hökumətin birmənalı şəkildə  prosesə müdaxiləsi kimi təzahür edir ki, bu məqamın da aradan qaldırılması məqsədəuyğundur”.
 
 
Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, məsələnin formal tərəfi kitabların ƏDV-dən azad edilməsinə xidmət etmir. 
 
“Çünki ötən ilin sonunda Vergi Məcəlləsinin 164.1.7 maddəsinə edilən dəyişikliyə əsasən, Nazirlər Kabineti tərəfindən təsdiq edilən KİV məhsulları və kitabların siyahısı yoxdursa, ƏDV-dən azad edilmə də yoxdur. Bir neçə il bundan öncə vətəndaşların mağazalardan alışları üzrə ƏDV-nin qaytarılması Vergi Məcəlləsinə daxil edilmişdi, lakin bir neçə ay müvafiq təlimat yox idi. O pozuntu idi, çünki qanunda deyilməmişdi ki, hansısa bir təlimat olmalıdır. Burada isə məsələ təəssüf ki, birmənalıdır”. 
 
Hüquqşünasın fikrincə, belə bir bu siyahıya ehtiyac yoxdur.
 
“Niyə hansısa siyahı olmalıdır? Kitab kitabdır. Hər bir halda elm və bilikdir, mənəvi inkişafa xidmət edir. Amma istənilən halda qanun qanundur və təəssüf ki, bizə gözləmək qalır.
 
Siyahıya gəldikdə isə bu, böyük ehtimalla kitabların janrlarına aid olacaq. Bədii əsər, elmi əsər, uşaq ədəbiyyatı, incəsənət, idman və s.”.
 
Gülnar Səlimova
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
Hamısı