Xəbər verdiyimiz kimi paytaxtın Yasamal rayon ərazisində 30 yaşlı Samir Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə tullayıb. Nəticədə uşaq kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.
11 aylıq körpənin hazırki durumu ilə bağlı Ednews-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, uşaq hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasının Uşaq şöbəsinin İntensiv Terapiya palatasındadır. Vəziyyəti stabil ağır olaraq qiymətləndirilir. Həkimlərin nəzarətindədir.
***
Bakıda kişi 1 yaşlı oğluna xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ednews-a verilən xəbərə görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə aprelin 26-da saat 16 radələrində 30 yaşlı Samir Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində uşağın kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanıb.