Zəfər qurultayı şanlı qələbədən sonra dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirdi - Deputat

Cəmiyyət 13:20 29.04.2022

Torpaqlarımızın düşmən işğalından qurtarılmasından qısa müddət keçməsinə baxmayaraq artıq işğaldan azad edilmiş torpaqlarda zəhmətimizin bəhrəsini görməyə başlamışıq.

Bunları görmək isə hər birimizin qəlbinin qürurla, fərəhlə döyünməsinə səbəb olur. Şübhəsiz ki, Qarabağdan danışarkən ilk növbədə gözlərimizin önündə Azərbaycan mədəniyyətinin incisi olan Şuşa canlanır. Şuşa zəfərimizin rəmzidir, yenilməzlik nişanəsi, milli ruhumuzun sığınacağıdır. Əbəs yerə Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Şuşa Pənahəli xanın mirasıdır, Qarabağın baş tacıdır, Qafqazın sənət məbədidir, xalqın qürur yeridir. 8 Noyabr 2020-ci ildə Şuşanı işğaldan azad etməklə biz mədəniyyətimizi, mirasımızı, vəsiyyətimizi, məbədimizi, tariximizi, ruhumuzu qaytardıq. Və bu gün artıq Şuşada bir sıra infrastruktur layihələri gerçəkləşdirilir, festivallar baş tutur, qurultaylar keçirilir.

Dünya Azərbaycanlılarının V Qurultayının ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi tarixi hadisədir. Bununla şəhidlərimizin əziz xatirəsinə bir daha ən yüksək səviyyədə ehtiram göstərildi. Dünyanın 65 ölkəsindən 400-dən artıq soydaşımızın iştirak etdiyi Dünya Azərbaycanlılarının V Qurultayı  bütün dünyaya qalib Azərbaycan xalqının həmrəyliyini bir daha göstərmiş oldu. 29 illik fasilədən sonra Şuşa soydaşlarımızı yenidən qarşıladı. Şuşanın, Qarabağın əsil sahiblərinin kim olduğunu bir daha bütün dünyaya ələlxüsus da tarixi torpaqlarımızı illərdir ki, özününküləşdirməyə çalışan ermənilərə göstərdi. Zəfər qurultayında İlham Əliyev Ermənistana sonuncu dəfə şans verərək ciddi mesaj da ünvanladı: “Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.

Bu qurultay şanlı qələbədən sonra dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirdi. Müzəffər Komandan məhz buna görə də budəfəki toplantını Zəfər qurultayı adlandırdı. İlham Əliyevin qurultayda konseptual xarakter daşıyan nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi.

Çıxışı zamanı Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqının müzəffər xalq kimi əbədi yaşayacağı, dövlətimizin qalib dövlət kimi sonsuzadək var olacağının mesajını verdilər: “Bu, böyük xoşbəxtlikdir – hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”.

Zəfər qurultayı yeni reallıqlar şəraitində Azərbaycan diasporunun fəaliyyəti üçün həm də yol xəritəsi oldu. Qeyd etməliyik ki, Vətən müharibəsi başlayarkən xarici ölkələrdə yaşayan soydaşlarımız, diaspor üzvləri mütəşəkkil şəkildə birləşərək erməni barbarlığını, Azərbaycan həqiqətlərini dünyaya bəyan etdilər.

Prezident isə onlara həm də postmünaqişə dövrünün reallıqları fonunda görüləcək işlərin yol xəritəsi və yeni vəzifələri müəyyənləşdirdi.

 

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
18:35 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hamısı