Azərbaycanda sabahdan tibbi maska tələbi ləğv edilir.
Ednews xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti aprelin 22-də qərar verib.
Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində istifadə olunan tibbi, parça maska istifadə tələbi ləğv olunur.
Eyni zamanda, sabahdan Azərbaycanın beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımayacaq və yalnız tövsiyə edilir.