Vilayət Quliyev: "Etimadı doğrultmaq bundan sonra da həyatımın ümdə məqsədi olacaq" - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Vilayət Quliyev: "Etimadı doğrultmaq bundan sonra da həyatımın ümdə məqsədi olacaq"

Cəmiyyət A- A A+

"Dövlət başçısının və hər bir vətəndaşımızın etimadını doğrultmaq, qüvvəm və imkanım daxilində sevimli Vətənimizə xidmət etmək bundan sonra da həyatımın ümdə məqsədi olacaq".

Ednews xəbər verir ki, bunu ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alan Vilayət Quliyev bildirib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük etimad göstərərək 4 may 2022-ci il tarixli sərəncamı ilə məni ölkəmizin Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edib. Bu münasibətlə tanıdığım və tanımadığım yüzlərlə insan sosial şəbəkə vasitəsi ilə təbriklərini çatdırıb, gələcək fəaliyyətimlə bağlı xoş arzularını bildirib. Hər kəsə səmimi təşəkkürümü, minnətdarlığımı yetirirəm", - o əlavə edib.

Qeyd edək ki, V.Quliyev bundan əvvəl Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri olub. O, ötən ilin iyulun 23-də Macarıstandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.

V.Quliyev 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri, 2004-2010-da Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...