Azərbaycan Ordusunda silah və hərbi texnika yay istismar rejiminə keçirilir - VİDEO - VİDEO - FOTOLAR - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

Azərbaycan Ordusunda silah və hərbi texnika yay istismar rejiminə keçirilir - VİDEO - VİDEO - FOTOLAR

Cəmiyyət A- A A+

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır.

Bu barədə Ednews-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materiallarının dəyişdirilməsi, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilməsi həyata keçirilir.

Silah və texnikanın yay dövründə fasiləsiz və dayanıqlı istismara hazırlığı hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına xidmət edir.

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...