“Yəqin onlar fikirlərşirlər ki, 65 yaşda onların günahlarını “yudurmağa ehtiyacı yoxdur”.
Bu sözləri Ednews-a İlahiyyatçı Elşad Miri Qafqaz Müsəlmanları idarəsinin Həcc ziyarəti barədə açıqlamasına fikir bildirərkən deyib. Açıqlamaya görə, bu il Azərbaycandan Həcc ziyarətinə yaşı 65-dən yuxarı olan şəxslər gedə bilməyəcəklər.
İlahiyyatçılar bildirib ki, bu cür qadağaların tətbib edilməsi düzgün deyil, çünki Allahın buyurduğu ziyarəti etmək üçün heç bir yaş kateqoriyası yoxdur.
“Belə çıxır ki, 65 yaş təqaüd yaşıdır və onların günahlarını “yudurmağa ehtiyac yoxdur”. Bunun başqa heç bir anlamı yoxdur. Düşünürəm ki, bu həm də rahatlığı təmin etmək üçün nəzərdə tutula bilər. Çünki yaşlı insanlar səfər zamanı təşkilatçılara əziyyət verə bilər. Onlarla məşğul olmamaq üçün bu cür qərar qəbul edilib”.
Onu da qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar Həcc ziyarətinə səfər etmək qadağan olunub.
Ləman Abbaslı