Quba Soyqırımı Memorial Kompleksi növbəti "Anlaşma Memorandumu" imzalayıb - FOTOLAR - ednews.net

24 May, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Quba Soyqırımı Memorial Kompleksi növbəti "Anlaşma Memorandumu" imzalayıb - FOTOLAR

Cəmiyyət A- A A+
Bu anlaşma Bakı Dövlət Universiteti ilə imzalanıb.
 
Bu barədə Ednews.az-a kompleksin əməkdaşı Abutalıb Turabov məlumat verib. O bildirib ki, "Gələcək təbliğat və təşviqat işlərinə yeni baxış strategiyasına əsasən, soyqırımı həqiqətlərini dünyaya çatdırmağı qarşısına  məqsəd qoyan,  Quba Soyqırımı Memorial Kompleksi Ali təhsil müəssisələri ilə davamlı olaraq əməkdaşlıq edir.  Növbəti  Anlaşma Memorandumu Quba Soyqırımı Memorial Kompleksi və Bakı Dövlət Universitetinin  Tarix fakültəsi arasında imzalandı.
 
Memorandumda hər iki qurum arasında daha sıx əməkdaşlağın qurulması, beynəlxalq və respublika əhəmiyyətli simpozium, konfrans və bu kimi tədbirlərin keçirilməsi, elm və mədəniyyət sahəsində mübadilə, yay məktəblərinin təşkili, KİV və sosial şəbəkə platformasında  birgə təbliğat  işlərinin aparılması prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdir"
 
Qeyd edək ki, komplekslə bundan öncə, Quba Mərkəzləşdirilmiş Kitabxanalar Sistemi arasında "Əməkdaşlıq Memorandumu" və ADPU-nun Şamaxı filialı arasında "Anlaşma Memorandumu" imzalanıb.
 
Aydın Adıgözəlov, Quba
1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...