“Bu, açıq-aşkar qul əməyidir” - Qüdrət Həsənquliyev - ednews.net

26 İyun,

(+994 50) 229-39-11

“Bu, açıq-aşkar qul əməyidir” - Qüdrət Həsənquliyev

Cəmiyyət A- A A+
“İş yerlərində vətəndaşlarla müddətli müqavilə bağlanmır”. 
 
Ednews  xəbər verir ki, bu fikirləri millət vəkili  Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib. O, qeyd edib ki, regionlarda işçilərin əməyi istismar olunur, məsələn cənub bölgəsində təsərrüfat işləri ilə məşğul olan xanımlara gününə 8 manat maaş verirlər. 
 
“Onlar səhər tezdən ta axşama kimi işlədilir və ayrılan 8 manat maaş ay sonunda minimum əməkhaqqına belə çatmır. Bu, açıq-aşkar qul əməyidir. Daha sonra isə onlarla müddətli müqavilə bağlanmadığı üçün bu, pensiyaya da pis təsirini göstərmiş olur. Bu problemin həlli istiqamətində işlər görülməlidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...