Bakıda 44 yaşlı kişi qətlə yetirilib.
Ednews xəbər verir ki, hadisə mayın 17-də Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Taleh Heydərov ailə münaqişəsi zəminində qayınatası, 1978-ci il təvəllüdlü Qabil Qənbərova bir neçə bıçaq zərbələri endirib. Ağır yara alan Q.Qənbərov hadisə yerində keçinib.
Hadisəni törədən T.Heydərov isə ərazidən uzaqlaşıb. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.