Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nazirliyə çevrilməsi təklif edililb.
Ednews xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Zahid Oruc "Azərbaycan ailə modelinin inkişaf strategiyası" adlı konfransda çıxış edib.
Onun sözlərinə görə, dövlət-ailə strategiyasının hazırlanması ilə Azərbaycanda Britaniya və digər ölkələrdə olduğu kimi Komitənin Ailə və Sosial Xidmətlər Nazirliyinə çevrilməsini arzu etmək istərdik:
"Bu təkcə status dəyişikliyi deyil, həm də dövlət siyasətinin hərtərəfli həyata keçirilməsi üçün daha böyük fürsətlər açar", - deyə deputat qeyd edib.