Mediasiya Şurasına ailə məsələləri ilə bağlı daxil olan müraciətlərin sayı açıqlandı - ednews.net

1 İyul, Cümə

(+994 50) 229-39-11

Mediasiya Şurasına ailə məsələləri ilə bağlı daxil olan müraciətlərin sayı açıqlandı

Cəmiyyət A- A A+
Mediasiya Şurasına ailə məsələləri ilə bağlı ötən ildə 11 912 müraciət daxil olub.
 
Ednews xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov "Azərbaycan ailə modelinin inkişaf strategiyası" adlı konfransda çıxışı zamanı deyib.
 
O bildirib ki, ötənilki mübahisələrin 752-si barışıq sazişi ilə bitib: "Mediasiya Şurasında qeydiyyatda olan 286 mediatordan 60-ı qadındır. Qadınlardan daha uğurlu mediatorlar alınır. Ümumilikdə 59 mediatora yol verdiyi nöqsanlara görə xəbərdarlıq edilib. 7 mediatorun fəaliyyəti isə 6 aylıq dayandırılıb".
 
N.Adilov vurğulayıb ki, bu ilin 5 ayında 11 005 ailə mübahisələrlə bağlı mediasiyaya müraciət edib: "Keçən illə müqayisədə rəqəmlərdə artım var. Bunların 395-i barışıq sazişi ilə nəticələnib".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...