Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirilir - VİDEO - FOTOLAR - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirilir - VİDEO - FOTOLAR

Cəmiyyət A- A A+
Mayın 18-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə keçirilən kompleks məşqlərdə iştirak edib. 
 
Bu barədə Ednews-a Müdafiə Nazirliyindən məlumat verilib. 
 
Səhra idarəetmə məntəqələrində məşqlərin təşkili və gedişatı ilə maraqlanan müdafiə nazirinə bölmələrin sərəncamındakı müasir rabitə avadanlıqları təqdim edilib. 
 
Məruzə olunub ki, məşqlərdə vahid rabitə sisteminin təşkili, eləcə də radioelektron mübarizə tədbirləri üzrə tapşırıqlar uğurla icra edilir. 
 
General-polkovnik Z.Həsənov qoşun növlərinin komanda-idarəetmə məntəqələri, həmçinin azad edilmiş ərazilərdə dislokasiya olunan birlik və birləşmələrin qərargahları ilə video-konfrans rejimində əlaqə saxlayaraq məruzələri dinləyib. 
 
Məşqlərin gedişatını müsbət qiymətləndirən nazir rabitə hissə və bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi, qoşunlar arasında vahid rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təşkilinin vacibliyini xüsusi qeyd edib. 
1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...