Atasını maşından zibil atarkən görən uşaq da onu təkrarlayacaq Küçələri çirkləndirənlərə niyə cəza kəsilmir?

Cəmiyyət 17:30 18.05.2022
Bildiyimiz kimi ətraf mühiti çirkləndirənləri cəzalandırmaq üçün qanunda cərimələr müəyyən olunub. Lakin icra mexanizmi yoxdur deyə bəzi insanlarımız buna qeyri-ciddi yanaşırlar. Yenə küçələrimiz siqaret kötükləri ilə, tullantılarla, çimərliklərimiz qida məhsullarının qalıqları ilə çirkləndirilir. 
 
Təəssüf ki, illərdir davam edən bu utanc hissi ilə barışıq vəziyyətdəyik. Bəlkə artıq problemə yanaşma tərzini dəyişdirməyin zamanıdır. 
 
Hüquqşünas Fərhad Mehdiyev Ednews-a açıqlamasında bildirib ki, belə şəxslərə İnzibati Xətalar Məcəlləsində müəyyən məbləğdə cərimələrin tətbiq edilməsi nəzərdə tutulub:
 
 
“Hündür mərtəbəli binaların eyvanından küçəyə zibil atanlar üçün qanunvericilikdə 50 manat dəyərində cərimə müəyyən olunub. Digər maddələr və fiziki şəxslər üçün cərimələr isə belədir:
 
Maddə: 244 - meşələrin zibilləndirilməsi – 500-800 AZN;
 
Maddə: 264 - sahil zolağının, çimərliklərin çirkləndirilməsi - 600-1000 AZN;
 
Maddə: 266 - zibil qutusundan başqa yerə zibil atmaq - 50 AZN;
 
Maddə: 306 - metronun zibillənməsi- 15-30 AZN;
 
Maddə: 352 – avtomobil yollarının zibillənməsi- 30-50 AZN”.
 
Cəzalandırıcı sanskiyalar və onların təsiri baxımından kriminologiya elmi müxtəlif qanunauyğunluqlar müəyyən edir. F. Mehdiyev həmçinin bildirib ki, onlardan biri də sanksiyaların adət-ənənə ilə yaxından əlaqəsidir. 
 
“Əgər oturuşmuş adət-ənənə hər hansı bir pozuntunu qınaq obyektinə çevirmirsə, bu halda sanksiyaların təsiri xeyli azalır. İctimai qınaq olmadıqda, dövlət bir tərəfdən qərarlılıqla sanksiyanı tətbiq etməli, digər tərəfdən sanksiyanı ictimailəşdirməli, həm də maarifləndirmə fəaliyyəti həyata keçirməlidir”. 
 
Hüquqşünas ekspert qeyd edib ki, ölkəmizdə ətraf mühiti zibilləməklə əlaqəli nəzərdə tutulan inzibati cərimələr yüksək deyil. Lakin vətəndaşlarımızın zibilləmə vərdişlərinə mənfi təsir göstərən əsas amil də bu deyil. 
 
“Ailə və məktəblərdə uşaqlara ətrafa zibil atmağın pis vərdiş olduğu öyrədilmir. Valideynin pəncərədən zibil atdığını görən övlad təbii ki, onu təkrarlayacaq. Lakin valideynlərlə maarifləndirmə işləri üçün onlarla əlaqə qurmaq vasitələri məhduddur. Bu məsələdə sosial çarxlar çəkilməli, reklam olunmalıdır. Bu da maliyyə tələb edir. 
 
Onun yerinə məktəblərdə maarifləndirmə işləri aparmaq, sonra şagirdlər vasitəsilə valideynlərə çıxış əldə etmək daha ağlabatan vasitə kimi görünür. İndi valideynlərin çoxu sinifin “votsap” qrupunda var”. 
 
Dövlət orqanlarına və DİN işçilərinə gəldikdə isə, onlar da qərarlılıqla küçələri zibilləyənləri cərimələməlidir. Kiminsə buna etiraz etməsi, "zibil qutuları" azdır deməsi bəhanə sayıla bilməz. Təbii ki, bələdiyyələr və rayon icra hakimiyyətləri də müvafiq yerdə zibil qutuları quraşdırmalıdırlar. Amma bulvarda zibil qutuları qoyulsa da, orda da çirklənmə hallarının olduğunu görürük. Müşahidə kameraları vasitəsilə 1-2 aylıq onlar tapılıb cərimələnsə, inanın ki, Bakı şəhərində ictimai yerlərə zibil atma vərdişi xeyli azalacaq”.
 
Gülnar Səlimova
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Hamısı