"Mən Qarabağa ötən ilin yanvarında səfər etdim. Biz bəzi qədim mədəni irs abidələrinin dağıntılarını görmüşük".
Ednews xəbər verir ki, bu barədə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bildirib.
O, sabah Şuşanın gələcəyi ilə bağlı konfransda iştirak edəcəyini qeyd edib:
"Biz dağıdılmış bəzi mədəni irs abidələrinin bərpası ilə bağlı Mədəniyyət Nazirliyi ilə əməkdaşlığı planlaşdırırıq və onların İSESCO-nun qeydiyyatında registrasiyasını təmin edəcəyik".