Paytaxtda yol qəzası - 3 tələbəni avtomobil vurdu - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Paytaxtda yol qəzası - 3 tələbəni avtomobil vurdu

Cəmiyyət A- A A+
Bakının Nərimanov rayonunda yol qəzası zamanı üç nəfər xəsarət alıb.
 
Ednews xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində baş verib.
 
2001-ci il təvəllüdlü Mehdizadə Orxan İlqar oğlu, 2003-cü il təvəllüdlü Müzəffərov Vaqif Səfdər oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Rufan Zaur oğlu yolu keçərkən onları taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi “Toyota” markalı avtomobil vurub. Yaralılar ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
 
Qeyd edək ki, xəsarət alan hər üç şəxs Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...