“Məni o həddə çatdırdı ki...” Şagirdini döyən müəllim DANIŞDI - ÖZƏL

Cəmiyyət 12:30 19.05.2022

Zəngilan rayonu 35 nömrəli məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Məktəbdə qeydə alınan videogörüntülərdə musiqi müəllimi Hüseynova Məhsəti Cəlilağa qızına aiddir. Videogörüntülərdən musiqi müəlliməsinin 8-ci sinif şagirdinə qarşı göstərdiyi şiddət cəmiyyət içində rezonans doğurub.

Hadisə ilə bağlı Ednews-a açıqlama verən Məhsəti Hüseynova məsələyə aydınlıq gətirib.

“Əgər videoya diqqətlə baxsaz görərsiz ki, şagirdin başında papaq, ağzında saqqız oturub. Dəfələrlə həmin şagirdə sakit ol, papağını, saqqızını çıxar dedim. Sözümə qulaq asmadı. Mən də yaxınlaşıb ağzındakı saqqızı, başındakı papağı çıxartdım. Videoda da şagirdə şiddət tətbiq edirəm kimi görünüb. Əgər doğurdan da şiddət olsa sinifdəkilər gülməzdi. Şagirdin valideyni ilə də danışıb başa saldım ki, bu görüntüləri yaymaq düzgün addım deyildi. Onlar da görüntülərin bu cür yayılmağına razı olmayıb. Düzdür, mənim ixtiyarım yoxdur şagirdə əl qaldırım. Amma o, öz hərəkətləri ilə məni o həddə çatdırdı. Müəllim daş deyil, divar deyil. O, şagird də çox nadinc uşaqdır. Özünün oxumamağı bir yana, öz hərəkətləri ilə dərsə çox mane olur”. 

Məhsəti Hüseynova həmçinin qeyd edib ki, o, bu görüntülərə görə direktor tərəfindən töhmət almayıb və etdiyi hərəkətinə görə heç bir izahat yazmayıb. O, şagirdin dərsə mane olduğunu, heç bir sözə əhəmiyyət vermədiyindən məcburən ona qarşı zorakı hərəkət etdiyini deyib. 

Lakin psixoloqların fikrincə, şagirdə qarşı olan şiddətə heç nə haqq qazandırmır. Mütəxəsisslər qeyd edir ki, bir uşağın döyülməsi onun gələcəkdəki yaşam tərzinə, psixologiyasına öz təsirini göstərir. Tərbiyə və metodika qaydalarına görə isə, müəllimə bu hərəkətinə görə töhmət də verilə bilər. 

Məhsəti müəllimədən fərqli olaraq, təhsil ocağının direktoru Məmmədov Əlyar ona artıq töhmət verildiyini bildirib.

“Hadisə dünən 6-cı saat dərsdə baş verib. Müəllimin dəfələrlə xəbərdarlığına məhəl qoymayan şagird saqqızı ağzından çıxartmayıb. Müəllim də şagirdin başından papağı çıxarıb, ağzındakı saqqızı çıxarmaq üçün məcbur uşağın üzərinə gedib. Bununla əlaqədar müəllimin izahatı alınaraq ona  töhmət verilib. Bizim səlahiyyətimizdə olan nə varsa etmişik. Həmin müəllim məktəbdə müqavilə əsasında çalışır. Müqavilənin müddəti iyunun 14-də bitir”. 

Bəs, videogörüntü məktəbdə necə lentə alınıb? 

Görüntülərin yayılması  şagirdlərin məktəbə telefon gətirdiyi  mənasına gəlir. Yəni məktəbdə nəzarət bu qədər zəifdir? Ünvanladığımız bu suala direktor belə cavab verib. 

“Biz 90 faiz uşaqlara nəzarət edə bilirik. Dərs başlayandan əvvəl şagirdlərdən telefon alınır dərs bitdikdən sonra isə geri qaytarılır. Amma elələri olur ki, heç biz bilmirik ki, o, məktəbə telefon gətirir ya yox.  İnternet əsridir, şagirdlər də nəsə axtarır çəkib paylaşmağa”. 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Ednews-a  bildirib ki, baş verən hadisə ilə bağlı hazırda nazirlik tərəfindən araşdırma aparılır.

 

Ləman Abbaslı


Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı