"Məişət zorakılığına qarşı mübarizədə Azərbaycan hökumətinin səylərini müsbət qiymətləndiririk" - Peter Mixalko - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

"Məişət zorakılığına qarşı mübarizədə Azərbaycan hökumətinin səylərini müsbət qiymətləndiririk" - Peter Mixalko

Cəmiyyət A- A A+
"Məişət zorakılığına qarşı mübarizədə Azərbaycan hökumətinin səylərini müsbət qiymətləndiririk".  
 
Ednews xəbər verir ki, bu fikirləri "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda keçirilən tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko səsləndirib.
 
Aİ rəsmisi qeyd edib ki, bütün dünyada qadınlara qarşı zorakılıq halları qalmaqdadır:
 
"Məişət zorakılığına qarşı mübarizədə cəmiyyətin patriarxatlığına və mentalitetinə qarşı mübarizə də daxildir. Cinayət halları araşdırılmalı, cinayətkarlar əməllərinə görə cavab verməlidirlər. Bu cür əməllər törədənlərin islah edilməsi də vacibdir. Parlamentarilər bu sahədə səlahiyyətli şəxslərdir. Onlar qadınlara qarşı zorakılığı ölkə gündəmində olan məsələyə çevirə bilər. Bu sahədə qanunlar qəbul edə bilərsiniz".  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...