Tanınmış jurnalist Qadir İbrahimlinin səhhətində ciddi problem yaranıb.
Ednews xəbər verir ki, bu barədə Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu özünün Facebook səhifəsində paylaşım edib.
“Tanınmış jurnalist Qadir İbrahimli reanimasiyaya yerləşdirilib. Allah köməyi olsun!”, - deyə o yazıb.
Sosial şəbəkələrdə jurnalistin vəziyyətinin ağır olduğu barədə məlumatlar verilir.
Jurnalist Zaur İbrahimli “Qadir dünən axşam xəstəxanaya yerləşdirilib. İcbari Tibbi Sığorta Agentliyi, Xəstəxana rəhbərliyi kömək edirlər, sağ olsunlar. Çox təşəkkür edirik” - sözlərini yazıb.
Jurnalist Elçin Rüstəmli isə bununla bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşova məlumat verildiyini qeyd edib:
“Əflatun Amaşov Qadirin müalicəsi üçün əlindən gələni edəcəyinə söz verib”.