"2021-ci ildə məhkəmə qərarlarının icraatına görə icra məmurlarına 1 milyondan çox müraciət daxil olub".
Ednews xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş İdarəsinin rəis müavini Sübhi Kazımov bu gün keçirilən təlimdə çıxışı zamanı qeyd edib.
"Son dövrdə Nərimanov, Binəqədi, Suraxanı rayonlarında yeni məhkəmə binaları istifadəyə verilib. Hakimlərin peşəkarlığının artırılması üçün beynəlxalq ekspertlər prosesə cəlb olunub", - deyə o bildirib.
Xatırladaq ki, mayın 19-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Media İnkişaf Agentliyinin, Azərbaycan Hakimlər Assosiasiyaları İttifaqının təşkilatçılığı ilə media nümayəndələri üçün "Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti" mövzusunda təlim təşkil olunub.