"Azərbaycanda əhəmiyyəti nəzərə alınaraq bəzi qonşu ölkələrdən öncə, 2000-ci ildən appelyasiya məhkəmələri fəaliyyət göstərməyə başladı".
Ednews xəbər verir ki, bu sözləri Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov “Məhkəmə hakimiyyətinin müstəqil özünüidarə fəaliyyəti” mövzusunda çıxışı zamanı bildirib.
"2004-cü ildə Prezident İlham Əliyev məhkəmə sistemində ciddi islahatlara ehtiyac olduğunun anonsunu verdi. Həmin ildən Azərbaycan-Avropa birgə İşçi qrupu yaradıldı. 2005-ci ildən Məhkəmə-Hüquq Şurası adlı təsisat fəaliyyətə başladı. Şura 15 üzvdən ibarətdir, onlardan 9-u hakimdir. Şuranın fəaliyyətinə hakimlərin fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması və s. kimi məhkəmələrin müstəqilliyinin gücləndirilməsinə xidmət edən bir sıra məsələlər daxildir. Vətəndaşlar yalnız korrupsiya halları ilə bağlı pozulmuş hüquqlarına görə bu quruma müraciət edə bilərlər", - deyə o qeyd edib.