"Bu il üçün Azərbaycanda Həcc ziyarətinin təşkili ilə bağlı qaydalara müəyyən dəyişikliklər edilib”.
Ednews report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsində Həcc ziyarətinin təşkili ilə məşğul olanlar var:
“İdarənin nümayəndələri Səudiyyə Ərəbistanına səfər etmişdilər və bu istiqamətdə danışıqlar aparılıb. Nümayəndə heyəti Vətənə qayıtdıqdan sonra ətraflı məlumat veriləcək”.