"Bu təlimi sahəvi jurnalistikanın inkisafı üçün təqdim etdiyimiz töhvə kimi qiymətləndirmək olar".
Ednews xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova “Əhalinin maarifləndirilməsində Ədliyyə Nazirliyinin rolu” mövzusunda çıxışı zamanı bildirib.
O, ölkədə media reyestrinin yaradılmasının yaxın vaxtlarda başa çatacağını da qeyd edib.
"Media reyestrinə düşməsi üçün media subyekti ilə əmək müqaviləsi olmalıdır, həmçinin işlədiyi qurum da reyestrə daxil olmalıdır".
Xatırladaq ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Media İnkişaf Agentliyinin, Azərbaycan Hakimlər Assosiasiyaları İttifaqının təşkilatçılığı ilə media nümayəndələri üçün "Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti" mövzusunda təlim keçirilir.