Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iyunun 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Agentlikdən Ednews-a verilən məlumata görə, hərracda 1 lot üzrə Qobustan rayonu “Nabur” vulkan külü yatağı, Qaradağ rayonu “Gülbaxt” əhəngdaşı yatağı, Qazax rayonu “Daş Salahlı” bentonit gili yatağı, 2 lot üzrə Qəbələ rayonu “Xırxatala” qum-çınqıl yatağı satışa çıxarılacaq.
Yataqların başlanğıc qiyməti 2500 – 169 400 manat arasında dəyişir.