Əlilliyin müddətsiz olması ilə bağlı yeni qaydalar müəyyənləşdi - RƏSMİ - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Əlilliyin müddətsiz olması ilə bağlı yeni qaydalar müəyyənləşdi - RƏSMİ

Cəmiyyət A- A A+
Əlilliyin hansı hallarda müddətsiz müəyyən ediləcəyi məlum olub. 
 
Ednews xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.
 
Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən ediləcək. 
 
Qərara əsasən, “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarla müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir. 
 
Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...