“Ermənistan dini abidələrimizə edilən təhqirlərə görə üzr istəməlidir” - Hacı Şahin - ednews.net

27 İyun, Bazar ertəsi

(+994 50) 229-39-11

“Ermənistan dini abidələrimizə edilən təhqirlərə görə üzr istəməlidir” - Hacı Şahin

Cəmiyyət A- A A+

“Ermənilər ölkəmizin ərazisində dinc yaşamaq istəyirlərsə, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər”.  

Bu sözləri ilahiyyatçı, din xadimi və Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi Haci Şahin QMİ-in sədri Allahşükür Paşazadənin Ermənistanı sülhə çağırışını şərh edərkən deyib. O, bu sözləri Ednews - a açıqlaması zamanı bildirib. 

Onun sözlərinə görə, sülh təşəbbüslərinə baxmayaraq, xalqımız növbəti dəfə ermənilərin hiylələrinə  aldanmamılıdır və onlar münasibətdə ayıq-sayıq olmalıdır. 

“İşğaldan azad edilən əraziləri səfər edərkən oralarda dini abidələrin hansı vəziyyətdə olduğunu öz gözümlə görmüşəm. Demək olar ki, məscidlərimiz, mədrəsələrimiz və qəbirstanlıqlarımız tamamilə məhv edilib və təhqir olunub. Erməni işğalçıları xalqımızın ürəyində dərin və ağır yaralar buraxıblar. Lakin bütün bunları unutmamaq şərti ilə ermənilərlə olan problemlərimizin bir siyasi həlli olmalıdır. Hər iki xalq bir-biri ilə qonşudur. Ancaq Azərbaycan ərazisində yaşamaq istəyən ermənilər mütləq Azərbaycan vətəndaşlığını qəbul etməli və ölkəmizin qanunlarına tabe olmalıdırlar. Bundan başqa həll yolu yoxdur.  Bizim sülh çağrılarımız bizim yürütdüyümüz humanist mahimiyyətdən irəli gəlir.  Ermənilər bunu anlamalıdırlar” 

Hacı Şahin hesab edir ki, erməni işğalçıları tərəfindən xalqımıza qarşı törədilən cinayətlərə, o cümlədən dini abdilərimizin təhqirə məruz qaldığına görə qarşı tərəfdən üzürxahlıq olunmalıdır. 

“Azərbaycan erməni işğalçılarının törətdiyi cinayətlərlə bağlı beynəlxalq təşkilatlarda dəfələrlə məsələ qaldırıb. Təəssüf ki, bu qurumlar bu məsələdə susqunluq nümayiş etdirirlər. Bununla bərabər, azad edilən torpaqlarda kilsələrin aqibəti ilə bağlı çağırışların edilməsinə şahidi oluruq. Halbuki, ölkəmizdə kilsələrə və digər dinlərə məxsus olan ibadət evlərinə hörmət edilir. Bakının mərkəzində erməni kilsəsi bu gün də qorunmaqdadır”. 

Dinin hər iki xalqın birgə yaşayışına verəcəyi töhvələrə toxunan Hacı Şahin Azərbaycanın din xadimlərinin Ermənistanın din xadimlər ilə görüşə hazır olduğunu bildirib. 

“QMİ-nin sədri Allahşükür Paşazadənin Ermənistan Katolikosunun rəsmiləri ilə görüşləri olub. Əgər zərurət yaranarsa, növbəti görüşlər keçirməyə hazırıq. Amma bunun üçün ilk növbədə psixoloji manelər aradan qaldırılmalıdır”.  

Qeyd edək ki, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadə növbəti açıqlamasında regionda sülhün və sabitliyin zəruriliyini vurğulayıb. 

O, Bakıda keçirilən “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” adlı beynəlxalq konfransda çıxış edən zaman Ermənistanı təcavüzkarlığa səsləyən nifrət çağırışlarına, revanşizm ideyalarına son qoymağa, sülhə və mehriban qonşuluğa dəvət edib. 

Eyni zamanda, Allahşükür Paşazadə  multikulturalizm ideyalarının bəşəriyyətin ümumi sərvətlərindən biri kimi inkişaf etdirilməli olduğunu qeyd edib.

Yunis Abdullayev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...