"Bakıda İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) regional ofisi açılacaq".
Ednews xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Şuşada jurnalistlərə bildirib.
“Azərbaycanda açılacaq regional ofis ilk vaxtlarda Bakıda yerləşəcək”, - əl-Malik deyib.
Baş direktor Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olduğunu, yolların, hava limanlarının və digər infrastruktur obyektlərinin tikintisi nəticəsində hər şeyin necə dəyişdiyini öz gözləri ilə gördüyünü bildirib.