Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Ednews xəbər verir ki, H.Əliyev prospekti əsas və kənar yol şəhər istiqamətində sıxlıq müşahidə edilir.
Məlumatda qeyd olunur ki, Bakı-Sumqayıt şossesi, "20 Yanvar" istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Həmçinin, Ə.Əliyev küçəsi Neftçilər prospektinin kəsişməsində sıxlıq var. Y.Səfərov küçəsi - H.Əliyev prospekti istiqamətində sıxlıq yaranıb. Babək prospekti ilə H.Əliyev prospektinin kəsişməsində sıxlıq müşahidə edilir. R.Behbudov küçəsində sıxlıq var.
Bildirilir ki, R.Bünyadov prospekti "20 Yanvar" istiqamətində də sıxlıq müşahidə olunur. A.Salamzadə küçəsi Ziya bünyadov prospekti istiqamətində də sıxlıq var. 28 May küçəsində də nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.