DMX rəisi Beynəlxalq Miqrasiya İcmalı Forumunda çıxış edib

Cəmiyyət 15:12 20.05.2022
Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında keçirilən “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasının qiymətləndirilməsi üçün əsas hökumətlərarası qlobal platforma rolunu oynayan ilk Beynəlxalq Miqrasiya İcmalı Forumunun sonuncu günündə BMT Baş Assambleyasının prezidenti Abdulla Şahidin sədrliyi və BMT Baş Katibi Antonio Quterreşin iştirakı ilə plenar iclas keçirilib. Tədbirdə BMT Üzv Dövlətlərinin nümayəndə heyətlərinin rəhbərləri və Baş Assambleyada müşahidəçi statusuna malik ixtisaslaşmış qurumların üzvləri iştirak edib. Adıçəkilən iclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ölkəmiz adından çıxış edib.
 
Vüsal Hüseynov Azərbaycanın regionda bu sənədə qoşulan ilk ölkələrdən biri olduğunu, habelə ölkəmizin Forumda Miqrasiya üzrə Qlobal Paktın icrasında “Çempion ölkə” qismində iştirak etdiyini vurğulayıb. Öz çıxışında Xidmət rəisi ölkəmiz tərəfindən Miqrasiya üzrə Qlobal Pakta dair könüllü hesabatın təqdim olunması, adıçəkilən beynəlxalq sənədlə bağlı məlumatlılığın artırılması məqsədilə çoxtərəfli məsləhətləşmələrin keçirilməsi, habelə Azərbaycanda BMT-nin Miqrasiya Şəbəkəsinin yaradılması barədə məlumat verib. Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə Azərbaycanın birgə təşəbbüsü olan Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasından söhbət açan Vüsal Hüseynov Mərkəzin regional səviyyədə miqrasiya sahəsində aparıcı təlim və tədqiqat müəssisəsi olması istiqamətində işlərin görüldüyünü vurğulayıb. Xidmət rəisi Azərbaycan torpaqlarının işğalına son qoyulması ilə yaranan yeni reallıqların və imkanların regionda sülhün bərqərar olmasını təmin etdiyini qeyd edib, bunun da öz növbəsində Miqrasiya üzrə Qlobal Paktın daha səmərəli icrası üçün əlverişli zəmin yaratmaqla yanaşı, məcburi köçkünlərin layiqli geri qayıdışının təmininə müsbət töhfə verəcəyinə əmin olduğunu bildirib.
 
Plenar iclasın sonunda BMT-nin Üzv Dövlətləri tərəfindən Tərəqqi Bəyannaməsi qəbul olunması nəzərdə tutulub.
 
Bundan əlavə, Vüsal Hüseynov BMT Baş Assambleyası Prezidentinin və BMqT baş direktorunun iştirakı ilə keçirilən və təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təşviqində potensialların gücləndirilməsinə və əməkdaşlığın təşviqinə töhfə vermək məqsədilə yaradılmış Miqrasiya üzrə Çoxtərəfli Etimad Fonduna həsr edilmiş tədbirdə də çıxış edərək qlobal miqrasiya idarəçiliyində həmrəyliyin önəminə toxunub və bu istiqamətdə Fondun faydalı vasitə ola biləcəyini diqqətə çatdırıb.
 
Forumda Azərbaycanın yüksək səviyyədə təmsil olunmasında Azərbaycan nümayəndə heyətinin üzvü, ölkəmizin BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyevin rəhbərliyi altında Nümayəndəliyin əməkdaşları yaxından iştirak edir.
 
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Hamısı