Gürcüstanlı din xadimləri Füzuli rayonunda səfərdə olublar.
Ednews bizim.media-ya istinadən xəbər verir ki, onlar səfər çərçivəsində rayonun işğal dövründə ermənilərin törətdiyi dagıntılarla tanış olublar.
Həmçinin xarici qonaqlara burada aparılan tikinti və bərpa işləri ilə bağlı ətraflı məlumat verilib. Səfər iştirakçıları Füzuli Beynəlxalq Hava limanın ərazisi ilə də yaxından tanış olublar.
Qeyd edək ki, Füzuli rayonundan sonra onlar Şuşa şəhərinə yola düşüblər.