Azərbaycanın milli parklarında “Açıq qapı” günüdür - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycanın milli parklarında “Açıq qapı” günüdür

Cəmiyyət A- A A+
Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar mayın 22-də Azərbaycanın milli parklarında “Açıq qapı” günü təşkil olunacaq.
 
Ednews xəbər verir ki, bu barədə informasiyanı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva yayıb.
 
Onun sözlərinə görə, ölkəmizin təbii mühitinin bütün komponentləri milli parkları əhatə edən geniş bir ərazidə mühafizə olunur və bununla, həm də planetin zəngin bioloji müxtəlifliyinin qorunmasına töhfə verilir.
 
"Dünya builki biomüxtəliflik gününə "Bütün canlılar üçün ortaq gələcək qurmaq" kimi mühüm bir çağırışla qoşulur. Bu, o deməkdir ki, biz hamımız təbiətlə bağlı bütün problemlərin həllinə, iqlim dəyişmələrinin fəsadlarının qarşısının alınmasına, insan və digər bütün canlıların sağlamlığına xələl gətirən təsirlərin aradan qaldırılmasına nail olmalıyıq.
 
Planetimiz və mövcudluğumuz üçün olduqca vacib sayılan bu əlamətdar gündə hamılıqla bu bəşəri çağırışlara dəstək olaq, milli parklarımıza səfər etməklə təbii gözəllikləri bir daha görüb, onun qədrini bilək”, - deyə xidmət rəsmisi qeyd edib.
 
 
O vurğulayıb ki, planetin bioloji irsinin mühafizəsi sahəsində dünya ölkələrinin əlaqələndirilmiş şəkildə fəaliyyətinin həyata keçirilməsi məqsədilə 1992-ci ildə Keniyanın Nayrobi şəhərində əsası qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikası 2000-ci ildə qoşulub və həmin ildən etibarən hər il mayın 22-si ölkəmizdə də Beynəlxalq Biomüxtəliflik Günü kimi qeyd olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...