Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ednews xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1972-ci il təvəllüdlü Həsənov Mayis Bəybala oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.