Türkiyədə ağır yol qəzası baş verdi - Tələbələri daşıyan avtobus aşdı - ednews.net

27 İyun, Bazar ertəsi

(+994 50) 229-39-11

Türkiyədə ağır yol qəzası baş verdi - Tələbələri daşıyan avtobus aşdı

Cəmiyyət A- A A+
Türkiyədə ağır yol qəzası baş verib.
 
Ednews “Haber Global”a istinadən xəbər verir ki, hadisə Niğde əyalətində, yerli vaxtla saat 4 radələrində qeydə alınıb.
 
Konya Səlcuq Universitetinin tələbələrini daşıyan avtobus Güney rayonu yaxınlığında aşıb. Hadisə zamanı tələbələrdən ikisi həyatını itirib, daha 42 nəfər yaralanıb.
 
Hadisə yerinə təcili yardım, polis cəlb edilib. Yaralılar Niğde və Ulukışla xəstəxanalarına aparılıb. Onlardan 5-nin vəziyyəti ağırdır.
 
Qəzanın başvermə səbəbi hələ məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...