Tovuzdan ARB telekanalına gedən şəxs itkin düşüb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu yayıb.
Bildirilib ki, rayonun Hunanlar kənd sakini, 1940-cı il təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən “ARB” telekanalına gedib və bir daha geri qayıtmayıb.
Sonuncu dəfə onu həmin telekanalın inzibati binasının yaxınlığında görüblər.