Tallində Azərbaycan məktəbi fəaliyyətə başladı - FOTOLAR - ednews.net

7 İyul, Cümə axşamı

(+994 50) 229-39-11

Tallində Azərbaycan məktəbi fəaliyyətə başladı - FOTOLAR

Cəmiyyət A- A A+
Estoniya Azərbaycan Evinin nəzdində həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb.
 
Bu barədə Ednews-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
 
İlk dərs zamanı məktəbin müəllimi Nərgiz Əsgərova kiçik yaşlı müdavimlərinə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələri barədə ümumi məlumat verib. Dərslər hər bazar günü saat 12.00-da keçirilir.
 
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində Qarabağın və görkəmli şəxsiyyətlərimizin adlarını daşıyan həftəsonu Azərbaycan məktəbləri fəaliyyət göstərir. Dərslərin qarışıq (ənənəvi/onlayn) format əsasında təşkil olunduğu tədris ocaqlarında milli sərvətimiz olan Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyəti öyrədilir.
 
Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həmin məktəblər dərs vəsaitləri ilə təmin edilir. Xaricdə yaşayan soydaşlarımız və övladları belə məktəblərə xüsusi maraq göstərirlər.
1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...