Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək - ednews.net

7 İyul, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək

Cəmiyyət A- A A+
“Yaxın vaxtlarda Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək”.
 
Ednews xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
 
Onun sözlərinə görə, bu tətbiq vasitəsilə vətəndaşlar qanunvericilik aktları, qanunlarla və digər sənədlərlə tanış ola biləcəklər.
 
A.Səmədzadə vurğulayıb ki, doğum və ölümün dəqiq statistikasının aparılması çox vacibdir: “Biz pandemiya dövründə bununla bağlı çətinliklərlə üzləşdik. Nəticədə çox vacib işlər gördük. Hazırda doğum və ölümün statistikasının aparılması ilə bağlı heç bir problem yoxdur. Bu halların dəqiqələr içində uçotu aparılır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...