Sabirabadda yol qəzası baş verib.
Ednews Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Bulaqlı kəndində "ВАЗ" markalı minik avtomobili yol kənarında ağaca çırpılıb. Nəticədə avtomobilin yanar hissələri yanıb.
Ərazidə olan ağaclar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.