Sabahın hava proqnozu AÇIQLANDI - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Sabahın hava proqnozu AÇIQLANDI

Cəmiyyət A- A A+

Mayın 25-nə gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Ednews-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
 
Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. 
 
Havanın temperaturu gecə 12-14° isti, gündüz 16-19° isti, Bakıda gecə 12-14° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-75 % olacaq. 
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir.
 
Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. 
 
Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq. 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...